Pakistanın yeni prezidenti seçildi

30 İyul 2013 15:30 (UTC+04:00)
Bu gün Pakistanın yeni prezidenti seçilib.

Ölkədə sayca 12-ci prezident seçkilərinin qalibi Məmnun Hüseyn olub. O, may ayında parlament seçkilərində qalib gəlmiş və Baş nazir Nəvaz Şərifin sədrlik etdiyi "Pakistan Müsəlman Liqası" partiyasından namizəd olub. Prezident seçkisi ictimaiyyətə qapalı şəkildə keçib və prezidenti 706 deputat seçib.

Parlament seçkilərində məğlub olmuş hakim "Pakistan Xalq Partiyası"nın lideri Asif Əli Zərdarinin prezident olaraq səlahiyyəti isə sentyabrın 8-də başa çatır. Zərdari parlament seçkilərində məğlubiyyətdən sonra prezident seçkilərində iştirak etməkdən imtina etdiyini bəyan etmişdi.(anspress)

AzNews.az