Nazir: "Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür"

6 Sentyabr 2023 17:26 (UTC+04:00)

Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur:

"Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir".

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

"Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".