Türkiyədə də “Femen“ olacaq
30 İyul 2013 16:23 (UTC+04:00)
Kilsədən məscidlərə bütün dinlərin, Putindən Mursiyə bütün liderlərin diqqətini çəkən "Femen" təşkilatına dırnaqarası baxılsa da, təşkilat fəalları kifayət qədər ciddidir.
"Femen"in nümayəndələri artıq Türkiyədə analoji hərəkatın bünövrəsini qoymaq istəyirlər.
"Femen"in lideri İnna Şevçenko vətəni Ukraynadan qaçaraq Fransaya sığınıb. Hürriyyət.com.tr saytına verdiyi müsahibəsində İnna Taksim hadisələrini dəstəklədiyini və Türkiyədən böyük diqqət gördüklərini deyib. O bildirib ki, Türkiyədə "Femen"i qurmaq üçün Parisdə bir türk qızına təlim keçirlər. (anspress)
AzNews.az