İran Ərəb-Yaponiya Siyasi Dialoq Forumundan sonra İranın nəzarətində olan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də suverenlik iddiasında olduğu Fars körfəzindəki üç ada ilə bağlı verilən birgə bəyanata reaksiya verib.
Aznews.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Sözçü Nasser Kenani yazılı açıqlamasında Misirin paytaxtı Qahirədə keçirilən toplantıdan sonra dərc edilən yekun bəyannamədə Fars körfəzindəki Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları ilə bağlı deyilənləri dəyərləndirib.
Bəyanatın daxili işlərinə qarışmamaq və xalqların ərazi bütövlüyünə hörmət kimi beynəlxalq hüququn prinsiplərinə zidd olduğunu müdafiə edən Kenani, “Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları İran ərazisinin ayrılmaz və əbədi hissələridir. Bu adaların sözügedən görüşün yekun bəyannaməsinə daxil edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur”,-deyə qeyd edib.
Həmçinin bildirək ki,Qahirədə keçirilən “3-cü Ərəb-Yapon Siyasi Dialoq Forumu”ndan sonra verilən birgə bəyanatda deyilir: “BƏƏ-nin İranla Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı münaqişəsi beynəlxalq hüquq çərçivəsində və ikitərəfli danışıqlar yolu ilə "təşəbbüs də daxil olmaqla, sülhlə həll edilməlidir",-deyə vurğulanıb.
Mövsüm