"Qarabağ" Şahruddinlə vidalaşdı

8 Sentyabr 2023 16:25 (UTC+04:00)

Şahruddin Məhəmmədəliyev "Qarabağ"dan ayrılıb.

Ağdam klubu sosial şəbəkə hesablarında "Təşəkkürlər, Şah!" yazaraq qapıçı ilə vidalaşıb.

Millimizin də üzvü olan qolkiperin Türkiyə Superliqa təmsilçisi "Adana Demirspor" klubuna keçəcəyi gözlənilir.

Qeyd edək ki, 29 yaşlı qapıçı 2016-cı ildən "Qarabağ"da çıxış edirdi.