Prezidentin ehtiyat fondundan 3 milyon manat ayrıldı - Sərəncam

30 İyul 2013 17:55 (UTC+04:00)
Prezident İlham Əliyev Goranboyla bağlı sərəncam verib.

Sərəncamda qeyd olunur ki, Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə isə tapşırılır ki, sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

AzNews.az