Laçın buraxılış məntəqəsindən BQXK-nın vasitəçiliyi ilə 4 erməni sakinin keçidi olub

8 Sentyabr 2023 20:21 (UTC+04:00)

Bu gün Laçın sərhəd-buraxılış məntəqəsində milliyyətcə 4 erməni mülki şəxsin sərhəd-buraxılış məntəqəsindən keçidi təmin edilib.

Aznews.az xəbər verir ki, keçid Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) vasitəçiliyi ilə baş tutub.

Onlar Gorusdan Xankəndi istiqamətinə keçid ediblər.