Facebook profiliniz nədən xəbər verir? - Maraqlı

30 İyul 2013 21:15 (UTC+04:00)
Hər bir insanın sosial şəbəkələrdə öz davranış stili var, lakin Facebook istifadəçilərinin davranışında müəyyən qanunauyğunluqlar da var və bu, onları kateqoriyalar üzrə qruplaşdırmağa imkan verir.

AzNews.az ICTnews-a istinadən bildirir ki, Mashable informasiya saytı sosial şəbəkələrdə insanların davranışının doqquz tipini təqdim edib.
Sizin profiliniz nədən xəbər verir?

Birinci tip – Təqibçi. Bu tipə adətən qadın istifadəçilər aiddirlər, onlar başqa insanların səhifələrinə daxil olmağı xoşlayırlar.

Təqib ciddi məşğuliyyətdir və xeyli vaxt alır, ona görə də bu tip istifadəçi Facebooka gündə təxminən 14 dəfə daxil olur – Mashable yazıb.

İkinci tipə 1970-ci illərin demoqrafik partlayış dövrünə məxsus 55 yaşdan yuxarı köhnə insanlar aiddir.

Qonşuda keçirilən əyləncə gecəsində Facebook haqqında eşidən bu tip sosial şəbəkədə maraq naminə qeydiyyatdan keçir, lakin onun sonrakı fəallığı uşaqlarının statuslarına şərh yazmaqdan ibarət olur.

Üçüncü tip şəbəkədə yeni olan istifadəçidir. O, hər bir statusu layk edir və şərh yazır.

Dördüncü tip dostlarını Facebook vasitəsilə öz fəaliyyətindən xəbərdar edən insandır. Bu cür istifadəçi tipi harada olmasından asılı olmayaraq öz yerini qeyd edir və statuslarını hər dəqiqədən bir yeniləyərək özü haqqında məlumat verir.

Beşinci tipə brend-promouterlər aiddir. Onlar Facebookdan öz şirkətləri haqqında informasiya yaymaq üçün istifadə edirlər. Bu cür tipin bütün statusları şirkətin xəbərləri ilə əlaqədardır.

Altıncı tipə ehtiyatlı istifadəçilər aiddirlər. Bu cür istifadəçinin profili tamamilə bağlıdır, çünki o, özü haqqında hər hansı bir məlumatın açıqlanmasından ehtiyat edir.

Bu cür istifadəçi özünü hər şeydən son dərəcə qorumaq üçün çox vaxt sosial şəbəkədə saxta soyaddan istifadə edir.

Yeddinci tipə aid istifadəçilərin fəaliyyəti heyvanların sevimli fotoşəkillərini dərc etməkdən ibarətdir. Əsas məsələ mümkün qədər çoxlu sayda layk almaqdır.

Səkkizinci tip oyunçudur. Bu cür istifadəçilər sosial şəbəkələrdən yalnız müxtəlif oyunlar oynamaq üçün istifadə edirlər.

Statistikaya əsasən, Facebookun 250 milyondan çox istifadəçisi sosial şəbəkədə oyunlara görə pul ödəməyə hazırdırlar.

Doqquzuncu tipə qeyri-aktiv istifadəçi aiddir. Onun üçün şəbəkədə qeydiyyatdan keçmək onsuz da çətin qərar olub. Bu tipə aid istifadəçilərdən hər hansı fəallıq gözləməyinə dəyməz.

AzNews.az