Ermənistan prezidenti Moskvaya səfər edəcək

30 İyul 2013 21:40 (UTC+04:00)
Etibarlı mənbələrdən "Joxovurd" qəzetinə daxil olan məlumata görə, Ermənistan Prezidenti Serj Sarkisyan avqustun 15-17-də Moskvaya işgüzar səfərə gedəcək.

Trend-in "Joxovurd" qəzetinə istinadən verdiyi məlumata görə, Sarkisyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Qəzetin məlumatına görə, Sarkisyan bu səfərədək Putinlə İranda görüşməyə çalışacaq. Belə ki, avqustun 4-də İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində Sarkisyan da iştirak edəcək.

AzNews.az