Stalinin abidəsi yenidən ucaldılacaq

30 İyul 2013 20:50 (UTC+04:00)
Gürcüstanın Qori şəhərində İosif Stalinin abidəsi yenidən quraşdırılacaq.

APA-nın "Georgia Online" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qərar Gürcüstan mədəniyyət naziri tərəfindən SSRİ-nin keçmiş liderin doğma şəhəri olan Qori rəhbərliyin müraciətindən sonra qəbul olunub. İlkin məlumatlara görə, abidə dekabrın 21-də İosif Stalinin ad günündə yenidən qoyulacaq.

Qeyd edək ki, Stalinin abidəsi 2010-cu ilin iyun ayında sökülüb. Bundan sonra şəhər sakinləri bir neçə dəfə abidənin qaytarılması tələbi ilə aksiyalar keçirdiblər.

AzNews.az