“Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb” – Putin

12 Sentyabr 2023 12:52 (UTC+04:00)

Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. Ermənistan özü Qarabağın statusunu müəyyən edib”, deyə Putin vurğulayıb.