Putinin Qarabağ haqda dedikləri ölkəsinin regiondakı proeseslərə mövqeyinin dəyişmədiyinin təsdiqidir - Deputat

12 Sentyabr 2023 18:02 (UTC+04:00)

"Rusiya Prezidentinin “Şərq İqtisadi Forumu”nda Qarabağ haqda dedikləri onun ölkəsinin regiondakı proeseslərə, o sıradan da Azərbaycanla Ermənistana yanaşmasının qətiyyən dəyişmədiyinin növbəti təsdiqidir. Kremldə bilməmiş deyillər ki, Qarabağın Azərbaycan torpağı olub-olmaması Ermənistandakıların bu haqda nə düşünməsinə, Paşinyanın nə deməsinə yox, beynəlxalq normalara əsaslanmalıdır".

AzNews.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev feysbuk səhifəsində yazıb.

O əlavə deyib:

"Bilməyinə bilirlər, amma yenə də özəlliklə də hayların diqqətinə çatdırırlar ki, onlara vaxtında qulaq asılsaydı, indi hətta Kəlbəcərlə Laçın da azad edilməmişdi və Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyandan sonra məsələ bitib. Xeyr, Qarabağ məsələsinin həll edildiyini və haçan həll edildiyini həmən Putinə Soçidəki görüşlərində cənab İlham Əliyev çox açıq bir şəkildə demişdi. Eyni zamanda Paşinyandan xeyli öncə, 2020-ci lin noyabrında verdiyi intervülərdən birində Rusiyanın dövlət başçısı özü də Qarabağın Azərbaycana aid olduğunu vurğulamışdı. Bir də moskvadakıların məntiqindən çıxış etsək, əgər Paşinyan “Krasnodar Rusiyadır”,- deməzsə, onda sözü gedən regionun gələcəyi ilə bağlı hər hansı məsələ rəsmi İrəvanla da razılaşdırılmalıdır ki, bu da nonsesdir.

Vladimir Putinin forumda Qarabağla bağlı bir açıqlaması da diqqətimi çəkdi ki, o, Azərbaycanın oradakı proseslərin “yumşaq şəkildə”, yəni qan tökülmədən tənzimlənməsində maraqlı olduğunu söyləyir. Bəli elədir, ancaq “yumşaq şəkildə” həll heç də bu prosesin bəzi güclərin arzuladıqları kimi nə qədər mümkündür bir o qədər uzadılması demək deyil. Azərbaycanın Rusiyanın Qarabağdakı müvəqqəti hərbi kontingentinin orada qalaəması vaxtıyla bağlı mövqeyi bəllidir, ən yüksək səviyyədə də səsləndirilib. Biz 2025-ci ili gözləyirik ki, 5 il müddətində oynadıqları müsbət rola görə onlara təşəkkür edərək ölkəmizdən yola salaq".