"Qalatasaray" bu futbolçu ilə yollarını ayırdıqlarını açıqlayıb

14 Sentyabr 2023 17:44 (UTC+04:00)

"Qalatasaray" son olaraq "Pendikspor"da icarə əsasında çıxış edən Oğulcan Çağlayanla yollarını ayırdıqlarını açıqlayıb.

AzNews.az xəbər verir ki",sarı-qırmızılı" klubdan verilən açıqlamada bu ifadələr yer alıb:

Oğulcan Çağlayana "Qalatasaray" forması ilə göstərdiyi səylərə və töhfələrə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, 27 yaşlı futbolçu "Qalatasaray"ın heyətində 29 matçda meydana çıxıb və 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

Ayan