Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

17 Sentyabr 2023 12:23 (UTC+04:00)

"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".

Bunu Azərbaycanın UNESCO yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - nümayəndəlik diqqətə çatdırıb.