Azərbaycan Ordusunun Şuşa istiqamətində yerləşən mövqeləri atəşə tutulub

17 Sentyabr 2023 18:24 (UTC+04:00)

Bu gün saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.

Bu barədə "Aznews.az"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.