BQXK-nin yük avtomobili Xankəndidən Ağdama qayıdıb

18 Sentyabr 2023 09:57 (UTC+04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, BQXK-yə məxsus avtomobilin içərisindəki un və tibbi ləvazimatlar Xankəndidə boşaldılaraq Ağdama geri qayıdıb.

Həmin yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.