"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

18 Sentyabr 2023 12:58 (UTC+04:00)

"Xınalıq kəndi və Köç yolu" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bu barədə UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib.

Qeyd edək ki, bu, Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş 5-ci ərazisidir.