Ukrayna hökuməti müdafiə nazirinin altı müavinini vəzifəsindən azad edib

18 Sentyabr 2023 15:10 (UTC+04:00)

Ukraynanın Nazirlər Kabineti müdafiə nazirinin 6 müavinini vəzifəsindən azad edib.

Aznews.az xəbər verir ki, bu barədə dövlət katibi, hökumətin Ukrayna parlamentindəki nümayəndəsi Taras Melniçuk bildirib.

O, öz Teleqram kanalında yazıb ki, hökumət müdafiə nazirinin müavinləri Vladimir Qavrilov, Vitali Deyneqa, Anna Malyar, Rostislav Zamlinski, Denis Şarapov və Andrey Şevçenkonun vəzifədən azad edilməsi barədə qərar verib. Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşşenko da işdən çıxarılıb.

Yalnız müdafiə nazirinin birinci müavini Aleksandr Pavlyuk vəzifəsini qoruyub.

Mövsüm