Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal əldə edib

18 Sentyabr 2023 21:18 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Aznews.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində yer alan idmançı finalda qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gəlib.

Rəqibinə uduzan Nurmaqomedov yarışı ikinci pillədə bitirib.