XİN: Ermənistan ərazi iddialarının davam etdiyini bir daha göstərdi

18 Sentyabr 2023 23:40 (UTC+04:00)

Ermənistan ərazi iddialarının davam etdiyini bir daha sübut edib.

Aznews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu, Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - paylaşımda qeyd olunub.