Azərbaycanlı iş adamına sui-qəsd edənlərdən biri həbs olundu

31 İyul 2013 10:10 (UTC+04:00)
Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional bölməsinin rəhbəri İslam Hüseynova sui-qəsddə iştirak edənlərdən bir nəfər Moskvada tutulub.

APA-nın "Rossiyskaya Qazeta"ya istinadən verdiyi məlumata görə, istintaq hərəkətləri və operativ-axtarış tədbirlər nəticəsində hüquq-mühafizə orqanları sui-qəsddə iştirak etmiş Azərbaycan vətəndaşı Nahid Zahidovun olduğu yeri müəyyənləşdiriblər. Başqa adla bir ilə yaxın müddətdə gizlənən N. Zahidov Moskva şəhərində saxlanıb.

Qeyd edək ki, 2012-ci il sentyabrın 11-də İ. Hüseynov iki silahlı cinayətkarın hücumuna məruz qalıb. Cinayətkarların odlu silahdan açdıqları atəş nəticəsində İ.Hüseynovun cangüdəni həlak olub, özü isə başından yaralanıb.

Rəsmi məlumatlara görə, bu İ.Hüseynova qarşı üçüncü sui-qəsddir

AzNews.az