Ermənistan silahlı qüvvələri artilleriya qurğularından Azərbaycan mövqelərini atəşə tutur

19 Sentyabr 2023 13:40 (UTC+04:00)

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutur.

Bu barədə Aznews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.