Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur

19 Sentyabr 2023 14:17 (UTC+04:00)

Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

Bu barədə Aznews.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur.