Tiflisdə üçlü görüş; Ehtiyat namizəd məsələsi reallaşır

31 İyul 2013 10:27 (UTC+04:00)
Bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tiflisdə yerləşən "Vere Palace" otelində Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun görüşü baş tutacaq. Bu barədə AzNews.az-a Milli Şura üzvü Zəfər Quliyev məlumat verib.

Onun sözlərinə görə, görüşdə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov da iştirak edəcək: "Görüş tərəflərin qarşılıqlı razılaşması əsasında baş tutdu. Amma bu görüşdə İsa bəy Rüstəm İbrahimbəyovla təklikdə deyil, üçlükdə görüşəcək. "El" Hərəkatının sədri Eldar Namazov da görüşdə iştirak edəcək. Yəqin ki, görüş başa çatandan sonra tərəflər müzakirə etdikləri məsələlərlə bağlı mətbuata əlavə məlumat verəcəklər".

Onu da qeyd edək ki, İ.Qəmbərlə R.İbrahimbəyovun qapalı görüşündə Milli Şuranın prezident seçkilərində ehtiyat namizədinin olması məsələsinin müzakirə ediləcəyi bildirilir.

Bahar Rüstəmli
AzNews.az