Rusiyadan ilk açıqlama: Rusiya Qarabağda Azərbaycanla təmasdadır

19 Sentyabr 2023 15:03 (UTC+04:00)

Azərbaycanın Qarabağda başlatdığı lokal antiterror tədbirləri ilə bağlı Rusiyadan açıqlama verilib.

Aznews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib: “Rusiya Qarabağda antiterror əməliyyatı fonunda Azərbaycanla təmasdadır”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Rusiya Qarabağda aparılan antiterror əməliyyatı fonunda Azərbaycanla əlaqə saxlayır",-deyə qeyd edib.

O, Moskvanın məsələ ilə bağlı tezliklə açıqlama verəcəyini bildirib.

Mövsüm