Hikmət Hacıyev: “Qarabağ ermənilərinə mesaj göndərmişik”

19 Sentyabr 2023 15:25 (UTC+04:00)

Almaniyaya bağlı "politico.eu" saytına açıqlama verən Azərbaycan prezidenti İlham Əliyevin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev “məqsədin hərbi infrastrukturu zərərsizləşdirmək olduğunu” deyib və əlavə edib ki, yerli erməni əhalisinə “terrorizmlə mübarizə tədbirləri” barədə xəbərdarlıq edən SMS-mesajlar göndərilib.

“Onlardan qanuni hərbi hədəflərdən uzaq durmaq xahiş (tələb) olunub”, - Hikmət Hacıyev bildirib