Qardaş qardaşın qanını tökdü

31 İyul 2013 10:42 (UTC+04:00)
Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qusar sakini Ayaz Mürsəlov qardaşı Railə bıçaqla xəsarət yetirib.

Oxşar hadisə Bakıda da baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 31-i saat 02:30 radələrində paytaxtın Hacınski küçəsində Bakı şəhər sakini Zamir Yusifov Camal Quliyevə bıçaq xəsarətləri yetirdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

AzNews.az