İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi İngiltərə, Fransa və Almaniyanın 2015-ci ildə imzalanan nüvə razılaşmasına əsasən oktyabrın 18-də ləğv edilməsi nəzərdə tutulan silah embarqosunu qüvvədə saxlamaqla bağlı E3 adlı qərarını tənqid edib və söz mövzusu sanksiyaların qaldırmasını bildirib.
Aznews.az xəbər verir ki, bu barədə Çehromi mətbuat konfransında jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Çehromi, “Üç Avropa ölkəsinin silah satışı və ya hərbi əlaqələrlə bağlı bəyanatı həqiqəti əks etdirmir. Birləşmiş Millətlər Təşkilatının (BMT) bizə tətbiq etdiyi silah embarqosu yoxdur. Biz Birgə Hərtərəfli Fəaliyyət Planı (nüvə sazişi) çərçivəsində bəzi sanksiyaları qəbul etmişdik. Oktyabrın 18-də bu sanksiyalar avtomatik olaraq ləğv edilməlidir",-deyə qeyd edib..
İran rəsmisi qeyd edib ki, qeyd olunan tarixdən sonra ölkəsi beynəlxalq hüquq normalarına uyğun olaraq istədiyi ölkə ilə əməkdaşlıq edə bilər.
Həmçinin qeyd edə ki ,Britaniya, Fransa və Almaniya sentyabrın 14-də İranın nüvə sazişindəki öhdəliklərini yerinə yetirmədiyini və 2015-ci il İran nüvə razılaşmasına uyğun olaraq oktyabrın 18-də başa çatması nəzərdə tutulan ballistik raket sanksiyalarını davam etdirməyə qərar verdiklərini açıqlayıblar.
Sözügedən silah embarqosu məsələsinin ABŞ-nin İrana tətbiq etdiyi silah embarqosundan ayrı olduğu bildirilir.
“İran Avropa İttifaqı və üç Avropa ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planının (nüvə sazişi) səkkizinci ilində öz öhdəliklərini yerinə yetirməməsi qərarını qanunsuz və saziş üzrə götürdüyü öhdəliklərə ziddir”,-deyə əlavə edib.
İran bəyan edir ki, ABŞ sanksiyaları ləğv edərsə və nüvə sazişi tərəfləri sazişdəki öhdəliklərinə qayıdarsa, nüvə proqramını 2015-ci il müqaviləsində müəyyən edilmiş nöqtəyə qaytaracaq.
Mövsüm