DİN: “Vətəndaşlardan daxil olan müraciətlər nikbin xarakterlidir”

20 Sentyabr 2023 10:36 (UTC+04:00)

“Əvvəlki dövrlərdən fərqli olaraq DİN-ə vətəndaşlar tərəfindən daxil olan müraciətlər nikbin xarakterlidir”.

Bnu Daxili İşlər Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

“Xalqımız Azərbaycan dövlətinin yanında olduğunu, antiterror tədbirlərini dəstəklədiklərini bildirirlər. Azərbaycan cəmiyyətində dövlətin, hərbi qulluqçuların, polisə mövqeyi ifadə olunur”, - DİN rəsmisi əlavə edib.