"Qalatasaray"ın Çempionlar Liqasında qrup həyəcanı başlayır

20 Sentyabr 2023 17:31 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” futbol klubu UEFA Çempionlar Liqasının A qrupunun ilk həftəsində evdə Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.

Aznews.az xəbər verir ki, "RAMS Park"-da keçiriləcək qarşılaşma Türkiyə vaxtı ilə saat 19.45-də başlayacaq.

Qarşılaşmanı Bolqarıstan Futbol Federasiyasından olan baş hakim Georgi Kabakov idarə edəcək. Kabakovun köməkçiləri Martin Marqaritov və Diyan Valkov olacaq. Matçın dördüncü hakimi Georgi Qınçev olacaq.

A qrupunda Almaniyanın "Bavariya", İngiltərənin "Mançester Yunayted" və Danimarkanın "Kopenhagen" komandaları ilə mübarizə aparacaq "Qalatasaray" bu gün "Çempionlar Liqası"nda ilk matçına çıxacaq.

Ötən mövsüm Super Liqada çempion olmasına baxmayaraq, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ölkə sıralaması ilə start götürən sarı-qırmızılılar Litvanın "Zalgiris", Sloveniyanın "Olimpiya" və Norveçin "Molde" komandalarını keçərək qruplara düşüb.

Mövsüm