150 bal toplayıb bu istisaslara yiyələnmək olar - SİYAHI

31 İyul 2013 11:40 (UTC+04:00)

TQDK IV ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş abituriyentlərə müraciət edib. Müraciətəd bildirilir ki, ali məktəblərin IV ixtisas qrupunun bəzi ixtisasları üzrə müsabiqə şərti dəyişib.

"Torpaqşünaslıq və aqrokimya", "Aqronomluq", "Zootexniklik", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Baytarlıq", "Ekologiya", "Su bioehtiyatları və akvabitkilər" ixtisaslarının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Elnarə
AzNews.az