N!DA-çıların vəsatətləri təmin edilmədi

31 İyul 2013 12:15 (UTC+04:00)
Bu gün Bakı Apelyasiya Məhkəməsində N!DA Vətəndaş Hərəkatı İdarə Heyətinin həbsdə olan iki üzvü - Rəşad Həsənov və Üzeyir Məmmədlinin həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb.

Hərəkatdan AzNews.az-a daxil olan məlumata görə, məhkəmə gənclərdən heç birinin vəsatətini təmin etməyib.

Qeyd edək ki, N!DA-çılar Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ittiham olunurlar.

Anar