Nazir: "Azərbaycanda qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 17% artıb"

22 Sentyabr 2023 15:12 (UTC+04:00)

İqtisadi artıma təsir edən mühüm amillərdən olan qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları Azərbaycanda 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrünə nisbətən 17,1 % artıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə investisiya qoyuluşları 7 milyard 98,8 milyon manata çatıb.