Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək, olimpiadaya lisenziya qazanıb

23 Sentyabr 2023 23:02 (UTC+04:00)

Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Report”un məlumatına görə, bu uğura 67 kq çəki dərəcəsində Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi. 87 kq çəkidəki təmsilçimiz İslam Abbasov isə bürünc medal şansını davam etdirir. O, təsəlliverici görüşdə mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.

19:12

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.

63 kq çəki dərəcəsində çıxış edən 28 yaşlı idmançı yarımfinalda yerli komandanın üzvü Georgi Tibilovdan güclü olub.

Rəqibi üzərində 4:1 hesablı qələbə qazanan M.Məmmədov sentyabrın 24-də keçiriləcək final qarşılaşmasına vəsiqə qazanıb.

17:24

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.

20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.

Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.

16:59

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.

63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.

Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.

17:24

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

“Report”un məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov 1/4 final səddini uğurla keçib.

20 yaşlı Avropa çempionu bu raundda iranlı olimpiya çempionu Məhəmmədrza Geraini vaxtından əvvəl (10:0) məğlub edib.

Qeyd edək ki, 63 kq-da Murad Məmmədov da yarımfinala yüksəlib.

16:59

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.

“Report”un məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.

Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.