Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

25 Sentyabr 2023 22:12 (UTC+04:00)

Cəlilabad rayonunun Cavadxan küçəsində ağır yol qəzası qeydə alınıb.

"Aznews.az" xəbər verir ki, "VAZ 2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayon sakinləri - 1987-ci il təvəllüdlü Fərrux Məmmədov və 2001-ci il təvəllüdlü Vüsal Abdullayev xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatıdırılıb.

Faktla bağlı araşdırma aparılır.