İraqın təhlükəsizlik xidmətləri İŞİD komandirini saxlayıb

25 Sentyabr 2023 23:04 (UTC+04:00)

İraqın təhlükəsizlik xidmətləri Kərkük vilayətində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror təşkilatının yüksək rütbəli komandirini saxlayıb.

Bu barədə Aznews.az TASS-a istinadən xəbər verir.

“Hərtərəfli kəşfiyyat işi və daimi monitorinq sayəsində terrorla mübarizə əməkdaşları Kərkük vilayətində terror qruplaşmasının komandiri Əbu Baharini saxlayıblar”, -məlumatda bildirilir.

Məlumata görə, Əbu Bahari İŞİD qruplaşmasının “əcnəbi” adlandırılan batalyonuna rəhbərlik edib.