Cəlilabadda ağır yol qəzası baş verib

25 Sentyabr 2023 23:20 (UTC+04:00)

Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib.

"Aznews.az" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.