Gorusdan Xankəndiyə 20-dən artıq təcili tibbi yardım avtomobili maneəsiz keçid edib

26 Sentyabr 2023 14:06 (UTC+04:00)

Bu gün Gorusdan Xankəndi istiqamətinə Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə təcili tibbi yardım avtomobilləri maneəsiz keçid edib.

"Report"un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, ümumilikdə 20-dan artıq ambulans Xankəndi istiqamətinə hərəkət edib.

Ehtimal edilir ki, təcili tibbi yardım avtomobilləri Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış zamanı xəsarət alan şəxslərə yardım üçün gedir.