Putinin Şimali Koreyaya səfərinin tarixi hələ müəyyən edilməyib - Kreml

26 Sentyabr 2023 16:10 (UTC+04:00)

"Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərinin tarixi hələ müəyyən edilməyib".

Aznews.az xəbər evrir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib.

Peskov bildirib ki, “oktyabrda Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyana səfər edəcək”. Putinin eyni vaxtda Şimali Koreyaya səfərini gözləmək olarmı sualına Kremlin sözçüsü "Xeyr" cavabını verib.

Qeyd edək ki, sentyabrın 23-də Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasındakı işindən sonra keçirdiyi mətbuat konfransında gələn ay Şimali Koreyaya səfər edə biləcəyini bildirmişdi.

Mövsüm