"Finlandiya neytral statusunu və reputasiyasını məhv edib və ABŞ-nin anti-Rusiya layihəsinə qoşulub".
Aznews.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Tunisin xarici işlər naziri Nabil Əmmarla danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
“Mən Finlandiyanın öz neytral statusunu və reputasiyasını məhv edərək ABŞ-nin Rusiya əleyhinə layihəsinə qoşulma sürətinə təəccüblənirəm",- deyə Lavrov qeyd edib.
Lavrov Finlandiyanın xarici işlər naziri Elina Valtonenin rusların Ukraynada baş verənlərə görə bədəl ödəməli olduğu barədə bəyanatını tamamilə rəzillik adlandırıb.
“Bir daha vurğulamaq istərdim ki, Finlandiya Qərbin anti-Rusiya, rusofobik kampaniyasının öncüllərinə qoşulmaq üçün yeddi liqalıq addımlar atır.
Xanım Valtonen, görünür, hələ də təcrübəsiz diplomatdır, çünki o, bu sanksiyaların niyə tətbiq olunduğunu açıq şəkildə bəyan edib: sadə insanlara zərər vermək
Onun dediyinə görə belə bir müharibənin bədəlini rus xalqı ödəməlidir. Buna görə də o, rus xalqının öz hökumətinə qarşı üsyana qalxmasını istəyir”, - Lavrov vurğulayıb.
Mövsüm