Hikmət Hacıyev Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

26 Sentyabr 2023 18:43 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.