Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub

27 Sentyabr 2023 16:45 (UTC+04:00)

Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.

Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevə həvalə olunub.

Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.