Azərbaycan XİN İraqa başsağlığı verib

27 Sentyabr 2023 19:35 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi İraqa başsağlığı verib.

"Aznews.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

“Neynəva əyalətindəki toyda baş verən yanğın zamanı 115-dən çox insanın ölümü və onlarla insanın yaralanması ilə əlaqədar ölənlərin ailələrinə, İraq hökumətinə və xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.