İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Parkında olub

27 Sentyabr 2023 19:59 (UTC+04:00)

Sentyabrın 27-də - “Anım Günü”ndə İqtisadiyyat Nazirliyinin kollektivi Bakıda inşası davam etdirilən Zəfər Parkında olub.

Bu barədə "Aznews.az" nazirliyə istinadən xəbər verir.

Zəfər Parkının girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.