Lavrov: ABŞ-a arxalanan ölkələrin taleyi Ermənistan rəhbərliyinə dərs olmalıdır

27 Sentyabr 2023 20:07 (UTC+04:00)

Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə olunmaz taleyini xatırlamalıdır.

"Aznews.az" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur:

"Əvvəla, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil. İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə baxmalıdır. Birləşmiş Ştatların öz qanadları altına aldıqları insanların taleyi qibtə olunası deyil", deyə Rusiya XİN başçısı Ermənistan Rusiyanı itirə bilərmi sualına cavabında qeyd edib.