Paşinyan və Makron Qarabağdakı vəziyyəti müzakirə ediblər

27 Sentyabr 2023 22:19 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

"Aznews.az" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Tərəflər Qarabağdakı vəziyyəti, eləcə də erməniəsilli sakinlərin təhlükəsizliyini müzakirə ediblər.

Paşinyan və Makron ikitərəfli gündəlikdəki məsələlər barədə də fikir mübadiləsi aparıb.