Türkiyə Prezidenti Misir səfirini qəbul edib

27 Sentyabr 2023 22:42 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də Misir səfiri Əmir Süleyman Abdülməcid əl-Hamaminin etimadnaməsini qəbul edib.

“Aznews.az” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Administrasiyanın dərc etdiyi şəkillərə əsasən, əl-Hamami qəbula ailəsi ilə birgə gəlib. O, 2019-cu ildən Misirin Ankaradakı müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Diplomat əvvəllər Misirin Danimarka, Niger, Bolqarıstandakı səfirliklərində və BMT missiyasında işləyib.

Bundan əvvəl Ərdoğan Hindistanda misirli həmkarı Əbdülfəttah əl-Sisi ilə danışıqlar aparıb, Türkiyənin dövlət başçısı iki ölkə arasında mayeləşdirilmiş təbii qaz və nüvə enerjisi sahəsində əməkdaşlığın intensivləşdirilməsinin böyük əhəmiyyətini qeyd edib.

Bildirilib ki, görüş zamanı prezidentlər ikitərəfli əlaqələr, ticarət həcminin artırılması, regional və qlobal məsələləri müzakirə ediblər.