Fəzail Ağamalı: "Ali Baş Komandan iblis yuvasını çökdürdü"

28 Sentyabr 2023 13:19 (UTC+04:00)

Sübh tezdən əhvalımızı yüksəldən xəbəri oxuduq. Saxta seperatçı- xunta rejimi “varlığına" son qoydu.

Müzəffər Ali Baş komandan və qəhrəman Silahlı Qüvvələrimiz uzun illər boyu müqəddəs torpaqlarımızda məskunlaşan iblis yuvasını çökdürdü, onun tabutunun son mismarını 20 sentyabr 2023-cü ildə vurdu və erməni faşizmi, onun mənfur ideologiyası əbədi olaraq məhv edildi.
Üfüqdə görünən Zəngəzurdu. ZƏNGƏZUR AZƏRBAYCANDlR!

Fəzail Ağamalı,
Millət vəkili, Ana Vətən Partiyasının sədri