NATO Rusiyanı izləmək üçün Litvaya iki kəşfiyyat təyyarəsi göndərəcək

28 Sentyabr 2023 14:05 (UTC+04:00)

NATO sərhədləri yaxınlığında Rusiyanın hərbi fəaliyyətini müşahidə etmək üçün Litvaya iki "AWACS" təyyarəsi göndərəcək .

Aznews.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.

“NATO müvəqqəti olaraq Litvanın Şyaulyay şəhərində Havadan Xəbərdarlıq və Nəzarət Sistemi (AWACS) müşahidə təyyarələrini yerləşdirəcək. İki təyyarədən birincisi cümə axşamı (28 sentyabr 2023-cü il) gələcək və alyansın sərhədləri yaxınlığında Rusiyanın hərbi fəaliyyətlərini izləmək üçün missiyalar yerinə yetirəcək”, - alyansın bəyanatında deyilir.

Qeyd edək ki, Kəşfiyyat missiyası bir neçə həftə ərzində baş tutacaq və onu dəstəkləmək üçün əlavə 150 ​​hərbçi göndəriləcək.

Mövsüm