Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub

28 Sentyabr 2023 14:56 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.